Ukrayna nəhəng bir ordu saxlamağı planlaşdırır
ABŞ-ın sülh planında Ukrayna üçün səfərbərliyə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin, sülh dövründə 800.000 nəfərlik ordu kifayət edəcək, deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib.
Sırskidən ABŞ sülh planının sülh dövründə 800.000 nəfərlik orduya dair müddəasından Ukraynanın razı olub-olmadığı soruşulub.
General vurğulayıb ki, belə bir rəqəm Ukraynanın təkrarlanan Rusiya silahlı təcavüzünü dəf etmək qabiliyyətinə həqiqətən zəmanət verir.
"Bu rəqəm həmçinin planlaşdırılmış səfərbərlik prosesini də təmin edir. Yəni, səfərbərlikdə məhdud deyilik. Bütün səfərbərlik xüsusiyyətlərimiz və imkanlarımız qorunub saxlanılır", - deyə Sırski əlavə edib.
O, aydınlaşdırıb ki, Ukraynaya əvvəlcə ordunun sayının 600.000 nəfərə endirilməsi təklif olunub, lakin 800.000 rəqəmi "ölkənin ehtiyac duyduğu şeydir".
Əziz MUSTAFA

















.jpg)
.jpg)
.jpg)









.jpg)














.jpg)
.jpg)
.jpg)



































