Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb.
Oxuməni.az-ın erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ictimai televiziyanın efirində bildirib.
Onun sözlərinə görə, boykot çağırışlarına baxmayaraq, yanacaq üçün növbələr yaranır. "Sülh bərqərar olub və əməkdaşlıq formalaşmalıdır: Azərbaycan və Türkiyənin yükləri bizim ərazimizdən keçməli, biz də onların ərazilərindən keçməliyik", - deyə o, Azərbaycanın Ermənistana ucuz benzin tədarük etməsinin səbəbini izah edərkən bildirib.
"Biz mümkün qədər tez blokadanın aradan qaldırılmasına, TRIPP infrastrukturunun, o cümlədən, bəlkə də dəmir yolunun mümkün qədər tez işə salınmasına maraqlıyıq. Obyektiv olaraq, bu dəmir yolu vasitəsilə Ermənistan xarici bazarlarla əlaqə qura, ixrac və idxal edə biləcək, Azərbaycan isə Ermənistan ərazisindən keçə biləcək, eyni zamanda üçüncü ölkələr də bir-biri ilə birləşə biləcəklər", - deyə o qeyd edib. Mirzoyan əlavə edib ki, İrəvan bu məsələdə Amerika tərəfi ilə çox intensiv işləyir və TRIPP-in reallaşdırılmasının praktik mərhələsi 2026-cı ilin ikinci yarısında başlayacaq.
Bakı ilə sülh prosesindən danışarkən, o, bütün problemlərin həll olunduğunu iddia etməyin özünü aldatmaq olacağını qeyd edib, lakin onun fikrincə, münaqişənin həlli üçün addımlar atılmalıdır.
Daha əvvəl Ran Oil şirkəti Ermənistanın bütün ərazisindəki yanacaqdoldurma məntəqələrində litri 430 dram (1.92 manat - red.) qiymətinə Azərbaycan istehsalı olan Aİ-95 benzininin satışına başlayıb. Yanacaq Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu xətti ilə gəlib. İdxalı Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Mega Trade" və "Shisha World" hüquqi şəxsləri həyata keçirib.
Almaz Həsənli
.jpg)















.jpg)
.jpg)
.jpg)
































































