Азərbaycada Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üzrə layihə şirkəti yaradılıb
Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında Xəzər dənizinin suyunun duzsuzlaşdırılma qurğusunun tikintisi üzrə dövlət-özəl tərəfdaşlığı (DÖT) çərçivəsində "Caspian Sea Azerbaijan Project Co." layihə şirkəti yaradılıb.
Oxuməni.az-ın “Yeni Şafak”-a istinadən verdiyi məlumata görə, bu barədə ACWA Power Səudiyyə Ərəbistanının “Tadawul” fond birjasına məlumat verib, şirkət layihə strukturunun 100% səhmlərinə sahib olacaq.
Layihə Sumqayıt Sənaye Parkının ərazisində sutəhər 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. O, ACWA Power və Türkiyənin IC İçtaş İnşaat şirkətlərini əhatə edən konsorsium tərəfindən həyata keçirilir.
Layihənin ümumi dəyəri 407 milyon ABŞ dollarıdır.
Razılaşmanın şərtlərinə əsasən, layihənin icra müddəti 27,5 il müəyyən edilib, bu müddət başa çatdıqdan sonra obyekt ADSEA-nın idarəçiliyinə veriləcək. Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
Razılaşma layihənin tam icra dövrünü əhatə edir - obyektin layihələndirilməsi, mühəndislik işləri, tikintisi, maliyyələşdirilməsi, mülkiyyəti, istismarı və texniki xidməti.
Zavodun tam istismara verilməsi 2028-ci ilin dördüncü rübünə planlaşdırılır.
Almaz Həsənli




















.jpg)














.jpg)
.jpg)
.jpg)
















































