
Kelloq: ABŞ Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsini qadağan etmir
ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinin əleyhinə deyil.
“Fox News”-un jurnalisti Ceki Henrix Kelloqdan soruşub ki, "Trampin mövqeyi ondan ibarətdirmi ki, Ukrayna Rusiyaya uzaq mənzilli zərbələr endirə bilər və buna prezident icazə verib?". Kelloq cavab verib ki, Trampın, vitse-prezident Cey Di Vensin və dövlət katibi Marko Rubionun sözlərinə əsasən, "cavab bəli"dir.
O, həmçinin xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Trampla görüşü zamanı uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsini istəyib, lakin onlarla bağlı qərar hələ qəbul edilməyib.
Almaz Həsənli