TikTok ABŞ biznesinin nəzarəti altına keçib

TikTok ABŞ biznesinin nəzarəti altına keçib

11:00
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti TikTok platformasının Çindən alınmasını təsdiqləyib. Donald Tramp müvafiq sərəncamı sentyabrın 25-də imzalayıb. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, sənəd Ağ Evin saytında dərc olunub.
“Sazişin şərtləri, fikrimcə, ölkəmiz üçün çox faydalıdır”, - Tramp vurğulayıb.
"ABŞ vətəndaşları yeni strukturda ən böyük paya və nəzarətə sahib olacaqlar", - sərəncamda deyilir. Çin şirkəti “ByteDance” 20%-dən azını alacaq və “qalan pay müəyyən investorlara məxsus olacaq”. Bu investorların adları açıqlanmır. Onlar amerikalıların məlumatlarının qorunmasını və ABŞ-ın təhlükəsizliyini təmin edəcəklər.
Amerikanın Oracle korporasiyasının yeni şirkətdə mühüm rol oynayacağı bildirilib.
Bundan əvvəl Tramp Çin prezidenti Si Cinpinlə telefonla razılaşmanın şərtlərini müzakirə edib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, ABŞ vətəndaşları indi TikTok-dan əvvəlkindən daha çox inamla istifadə edə biləcəklər, çünki onların məlumatları qorunacaq. O əlavə edib ki, yeni şirkət təxminən 14 milyard dollar dəyərində qiymətləndiriləcək.
TikTok-u ABŞ-da əldə etmək və müvəqqəti olaraq qadağan etmək qərarı keçmiş prezident Co Bayden tərəfindən 2024-cü ildə verilib.
2025-ci il yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-ın 47-ci prezidenti Tramp qadağanı 16 sentyabra, sonra isə dekabra qədər təxirə saldı.
Amerika lideri platforma ilə bağlı "isti hisslərini" vurğuladı, çünki istifadəçiləri ona seçkidə qalib gəlməyə kömək etdilər.
Almaz Həsənli