Serbiyanın Müdafiə Nazirliyi ABŞ, Aİ, Rusiya və Çindən silah aldığını açıqlayıb

Serbiyanın Müdafiə Nazirliyi ABŞ, Aİ, Rusiya və Çindən silah aldığını açıqlayıb

14:37
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiyanın müdafiə naziri Bratislav Qasiç bəyan edib ki, Belqrad həm Qərb, həm də Şərq tərəfdaşları ilə hərbi sahədə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Serbiya artıq ABŞ, Aİ, Rusiya və Çindən silah və hərbi texnologiya alır.

Nazirliyin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər ki, ölkə rəhbərliyi Serbiya ordusuna uzunmüddətli dəstəyi təmin etmək üçün müdafiə sahəsində əməkdaşlığı seçməkdə öz maraqlarını rəhbər tutur.

Sentyabrın 18-də Serbiya Prezidenti Aleksandr Vuçiç Ohayo Milli Qvardiyasının komandiri, briqada generalı Metyu Vudruff ilə “səmimi” söhbət edib. Serbiya prezidenti qeyd edib ki, respublika ordusu ilə ABŞ silahlı qüvvələri arasında tərəfdaşlıq iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafına təkan verir.

Əziz Mustafa