Durov: Telegram Rusiya kapitalından asılı deyil
Telegram-ın qurucusu Pavel Durov, “Financial Times”-ın "mesencerin istiqrazlarının Rusiyada bloklandığı" barədə məlumat dərc etməsindən sonra, öz Telegram kanalında bəyan edib ki, Telegram "Rusiya kapitalından asılı deyil".
"1,7 milyard ABŞ dolları dəyərindəki son istiqraz yerləşdirməmizdə heç bir Rusiya investoru iştirak etməyib. 2021-ci ildə buraxılmış köhnə istiqrazlar əsasən qaytarılıb və problem yaratmır", - deyə Durov bildirib.
Bununla belə, o, “Financial Times”-ın Telegram-ın təxminən 500 milyon dollarlıq istiqrazlarının Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları çərçivəsində Moskvadakı Milli Hesablaşma Depozitarında (NRD) bloklandığı barədə məlumatına heç bir şərh verməyib.
"Hər halda, istiqraz sahibləri səhmdar deyillər və Telegram-ın qərarları ilə bağlı səsvermə hüququna malik deyillər. Mən yeganə səhmdaram", - deyə Durov əlavə edib.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)





















