Merz Almaniya Silahlı Qüvvələrinin Ukraynada sülhü qorumaq üçün iştirakını istisna etmir
Almaniya Kansleri Fridrix Merz (Friedrich Merz) alman hərbçilərinin Ukraynada sülhü qorumaq üçün iştirakını istisna etmir, lakin bu şərtlə ki, onlar öz xidmətlərini bu ölkə ərazisində aparmayacaqlar.
Oxuməni.az-ın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bu, çərşənbə axşamı Parisdə keçirilən "istəklilər koalisiyası"nın görüşünün yekunlarına dair Merzin bəyanatından irəli gəlir. Bəyanatdan belə nəticəyə gəlmək olar ki, Merz üçün alman sülhməramlılarının Ukrayna ilə qonşu olan NATO ölkələrindən birində yerləşdirilməsi məqbul olardı.
"Almaniya siyasi, maliyyə və hərbi sahələrdə öz töhfəsini verəcək", - Merz vurğulayıb. Bununla belə, o qeyd edib ki, Bundesver əsgərlərinin Ukraynada beynəlxalq sülhməramlı missiyada iştirakı hələlik qeyri-müəyyən bir perspektivdir. Bunun əsas şərti Rusiyadan atəşkəs barədə razılıqdır, - deyə Almaniya hökumətinin başçısı izah edib.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)





















