"Times" Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün dörd ssenarini təsvir edib
Vaşinqton Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün dörd yol düşünə bilər. Bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə, birinci ssenari adaya təcavüz və onun işğalını nəzərdə tutur.
İkinci yol məcburi təsir ola bilər. Məqalə müəllifinin sözlərinə görə, bu halda ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı Danimarkadan almağı təklif edəcək və yerli əhaliyə adanın iqtisadiyyatına böyük investisiyalar vəd edəcək.
Üçüncü variant kimi nəşr Sərbəst Assosiasiya Müqaviləsinin bağlanmasını göstərir. Məsələn, Birləşmiş Ştatların Sakit Okeanda yerləşən kiçik dövlətlərlə - Mikroneziya, Marşal Adaları və Palau ilə oxşar razılaşmaları var. Sənədlərə əsasən, Vaşinqton bu ölkələrə maliyyə dəstəyi təmin edir, onlar isə öz növbəsində daxili özünüidarəetməni qoruyaraq müdafiə məsələlərinin həllini ona həvalə edirlər.
Nəhayət, "Times"ın versiyasına görə dördüncü yol, Qrenlandiyanın Danimarka ərazisi statusunu qoruyub saxlayaraq, eyni zamanda ABŞ-ın adadakı hərbi mövcudluğunu artırmaqdır.
Xatırladaq ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda ada krallığın bir hissəsi olaraq qalır, eyni zamanda 2009-cu ildə daxili siyasətdə özünüidarəetmə və müstəqil seçim imkanı ilə muxtariyyət statusu alıb.
Tramp isə Vaşinqtonun Qrenlandiya üzərində nəzarət qurmasının zəruriliyini dəfələrlə bəyan edib. O, bunu milli təhlükəsizlik məsələləri ilə izah edib.
Almaz Həsənli















































.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)





