"Qiyamət buzlağı" planetə təhlükə yaradır

"Qiyamət buzlağı" planetə təhlükə yaradır

7 Yanvar 10:15
Bəyəndim (3) Bəyənmədim (0)

"Qiyamət buzlağı" kimi tanınan Tueyts buzlağı aktiv şəkildə hərəkət etməyə başlayıb ki, bu da gəmiçilik, qədim bakteriyaların "canlanması" və dünya okeanının səviyyəsinin yüksəlməsi üçün təhlükə yaradır. Oxuməni.az xəbər verir ki, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, okeanoloq Anatoli Tavriçeski “aif.ru” saytına verdiyi müsahibədə risklərdən danışıb.
Alimin sözlərinə görə, Böyük Britaniyanın ərazisi ilə müqayisə olunan buzlağın hərəkətinə daim nəzarət etmək və fəlakətin qarşısını almaq üçün dənizçiləri onun mövqeyi barədə xəbərdar etmək lazımdır.
Ekspert qeyd edib ki, buzlağın isti ekvatorial cərəyana düşərək tədricən əriməsi riskləri var. Tavriçeski vurğulayıb ki, bu, bəşəriyyət və Dünya okeanı suları üçün ciddi təhlükə yaradır.
Okeanoloq xəbərdarlıq edib: "Buzla dondurulmuş vəziyyətdə olan müəyyən orqanizmlər də ola bilər, onlar tədricən əriyəcək və dənizə yayıla bilərlər".
Qərb alimlərinin proqnozlarına görə, "Qiyamət buzlağı" tamamilə əriyərsə, dünya okeanının səviyyəsi 60 sm yüksələ bilər. Ən pis halda, bu rəqəm 3-5 metrə qədər çata bilər ki, bu da digər buzlaqların əriməsinə və iqlim fəlakətinə səbəb olacaq. Lakin Tavriçeski bu hadisənin hələ tezliklə baş verməyəcəyi ilə bağlı sakitləşdirib, lakin buzlağın hərəkətinə diqqətlə nəzarət etməyi və onun vəziyyətini izləməyi təkid edib.


Almaz Həsənli