ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak edəcək
Bloomberg Ukraynanın müttəfiqləri tərəfindən müzakirə edilən layihə sənədinə istinadən xəbər verir ki, ABŞ münaqişə bitdikdən sonra Rusiyanın hücumu halında Ukraynaya təhlükəsizlik zəmanəti verəcək. Plana əsasən, ABŞ Ukrayna ərazisində yerləşdirilən Avropa qüvvələrini dəstəkləyəcək. Sənədə görə, Amerika tərəfi kəşfiyyat məlumatlarının mübadiləsini təmin edəcək.
Bəyannamə layihəsinə əsasən, plan Rusiya ilə Ukrayna arasında atəşkəs xəttinin monitorinqini, Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsini və atəşkəsi təmin etmək üçün çoxmillətli qüvvələrin yaradılmasını nəzərdə tutur. Bloomberg xəbər verir ki, bu barədə Avropa liderləri və ABŞ arasında Parisdəki görüşdən sonra razılaşdırılacağı gözlənilir.
6 yanvarda Aİ liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəlmək üçün Parisdə ABŞ prezidenti Donald Trampın elçiləri ilə görüşdülər. Amerika tərəfini ABŞ prezidentinin elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Görüşdə həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, NATO-nun Baş katibi Mark Rutte və digərləri iştirak edirlər.
Əziz Mustafa



























.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)


























