Yekaterinburqda məmurdan hədiyyəyə görə azərbaycanlı ailəni təhqir ediblər
Çoxuşaqlı etnik azərbaycanlı ailə, Jeleznedorojnı rayonunun rəhbəri Vitali Perşindən aldıqları Yeni il hədiyyəsinə görə Yekaterinburq sakinləri tərəfindən təhqir olunduqlarını şikayət ediblər. Bu barədə Oxuməni.az E1.RU-ya istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Azərbaycandan olan ailənin valideynləri və onların üç uşağı - 7 yaşlı Əli, onun 8 yaşlı qardaşı Vaqif və böyük bacısı "Arzular Yolkası" aksiyasında iştirak ediblər. Onların məktubu olan şar məmura düşüb.
Uşaqlar skuter, şirin hədiyyə və əl işləri dəsti istəyiblər. Rayon administrasiyasının saytında onların sevincli şəkilləri ilə yazı yerləşdirildikdən sonra valideynlərə mənfi şərhlər yağmağa başlayıb.
Vitali Perşin portalın jurnalistlərinə bildirib ki, əvvəlcə rayon administrasiyasının müvafiq yazı yerləşdirdiyi "VKontakte" səhifəsində mənfi şərhlər yağmağa başlayıb.
"Şərhləri bağladıqdan sonra uşaqların atası mənim müavinimə zəng edərək, insanların onların şəxsi səhifələrinə girdiyini və xoşagəlməz sözlər yazdığını bildirib. O, çox məyus olduqlarını və onlardan əl çəkmələri üçün hədiyyələri qaytarmağa hazır olduqlarını söyləyib", - deyə Vitali Perşinin sözlərini nəşr sitat gətirir.
Rayon rəhbəri qeyd edib ki, uşaqların valideynləri artıq 20 ildir ki, Rusiya vətəndaşlarıdır. Bir uşaq eşitmə qüsurludur. Böyük qardaş və bacı artıq məktəbdə oxuyur, kiçik isə hələ bağçaya gedir.
"Bu mənfi şərhləri oxudum, bu, ekstremizm qoxusu verir. Bu dəlilikdir! Yeni il ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, xüsusən də uşaqlar üçün bir bayramdır. Bu ailədə bir uşaq əlildir", - deyə Vitali Perşin bildirib.
Administrasiya atanı təxribata uymamağa və hədiyyələri uşaqlara verməyə inandırıb.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)





























