Xamenei İrandakı iğtişaşlar güclənərsə Moskvaya qaçmağı planlaşdırır

Xamenei İrandakı iğtişaşlar güclənərsə Moskvaya qaçmağı planlaşdırır

5 Yanvar 11:06
Bəyəndim (3) Bəyənmədim (0)

İranın Ali Lideri Ayətullah Əli Xamenei, İran təhlükəsizlik qüvvələrinin etirazları yatıra bilməməsi halında ölkədən təxliyə planı hazırlayıb. Bu barədə "The Times" qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, 86 yaşlı İran lideri, əgər ordu və təhlükəsizlik qüvvələrinin etirazçılara qoşulmağa başladığını və ya əmrləri yerinə yetirməyi dayandırdığını görsə, 20 yaxın köməkçisi və ailə üzvündən ibarət ən yaxın çevrəsi ilə Tehrandan qaçmağı planlaşdırır.

"Xamenei Moskvaya qaçır, çünki onun üçün başqa yer yoxdur", - deyə qəzetə, İslam inqilabından səkkiz il sonra İrandan qaçan və onilliklər boyu İsrail kəşfiyyatında xidmət etmiş Benni Sabti bildirib.

"Times" qeyd edir ki, qaçış planı, 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin Dəməşqdən Moskvaya ölkə paytaxtı ələ keçirilməmişdən əvvəl qaçaraq ailəsi ilə yenidən birləşməsi təcrübəsinə əsaslanır.

Almaz Həsənli