Finlandiya telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən Fitburq gəmisinin heyət üzvünün həbs olunması barədə qərar qəbul edib
Bazar günü Finlandiyanın Helsinki Rayon Məhkəməsi telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən Fitburq yük daşıyan gəmisinin heyət üzvünün həbs olunması barədə qərar qəbul edib.
Polisin məlumatına görə, Ermənistan vətəndaşı həbs edilib; onun yük daşıyan gəmidəki vəzifəsi açıqlanmayıb. Üç heyət üzvünə ölkədən çıxış qadağan edilib.
Gəminin heyəti 14 nəfərdən ibarətdir - Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşları.
31 dekabrda Finlandiya polisi Sent-Vinsent və Qrenadin bayrağı altında Sankt-Peterburqdan İsrailin Hayfa limanına üzən Fitburq gəmisini Finlandiya körfəzinin dibi ilə Helsinkidən Tallinə qədər uzanan Elisa sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinərək saxlayıb.
Polisin məlumatına görə, hadisə yerində aparılan dəniz araşdırmaları nəticəsində Finlandiya körfəzinin dibi ilə sürünən lövbərin onlarla kilometr uzunluğunda izi aşkar edilib.
Polis hazırda hadisəni xüsusilə böyük miqyasda ziyan vurma, xüsusilə böyük miqyasda qəsdən ziyan vurmağa cəhd və telekommunikasiya sistemlərinə ağır müdaxilə kimi araşdırır.
Gəmi AB sanksiyalarına məruz qalmasa da, sanksiyalara məruz qalan 9000 ton konstruksiya poladı daşıyır.
Əziz Mustafa



















































































