ABŞ Venesuelanın yeni rəhbərliyi qarşısında dörd tələb qoyub

ABŞ Venesuelanın yeni rəhbərliyi qarşısında dörd tələb qoyub

6 Yanvar 11:11
Bəyəndim (4) Bəyənmədim (0)


ABŞ Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigezdən narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməsini tələb edib. Oxuməni.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Bundan əlavə, Vaşinqton Rodrigezdən İran, Kuba və digər "düşmən agentlərini" ölkədən çıxarmasını və ABŞ düşmənlərinə neft tədarükünü dayandırmasını istəyir. Bundan əlavə, ABŞ hakimiyyəti onun Venesuelada azad seçkilərin keçirilməsinə kömək etməsini gözləyir.
Xatırladaq ki, 5 yanvarda Rodrigez Venesuelanın müvəqqəti prezidenti kimi and içib.
Almaz Həsənli