Ramzan Kadırov 20 yaşlı oğlu Axmatı Çeçenistan Baş nazirinin müavini təyin etdi
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu, 20 yaşlı Axmat Kadırov respublika hökuməti sədrinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Kadırov-ata öz "Telegram" kanalında məlumat verib.
Çeçenistan hökuməti sədrinin müavini postunu tutan Axmat Kadırov, 2024-cü ilin may ayında təyin olunduğu respublika üzrə Bədən tərbiyəsi və idman naziri vəzifəsini də saxlayacaq. Bundan əvvəl isə o, dörd ay (2024-cü ilin fevralından mayına qədər) Çeçenistanın Gənclər işləri naziri vəzifəsində çalışıb.
Ramzan Kadırovun ikinci oğlu Zəlimxan 2024-cü ildə "Axmat" çeçen döyüş klubuna və Çeçenistan Boks Federasiyasına rəhbərlik edib. Üçüncü oğlu Adam isə 2025-ci ildə respublika Təhlükəsizlik Şurasının katibi olub. "Proyekt"in hesablamalarına görə, ümumilikdə Ramzan Kadırovun 14 övladından yeddisi də daxil olmaqla, azı 96 qohumu hakimiyyətlə əlaqəli vəzifələrdə çalışıb və ya çalışmaqdadır.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)





























