Moldova Kalaşnikov avtomatlarından tədricən imtina etməyə başlayacaq

Moldova Kalaşnikov avtomatlarından tədricən imtina etməyə başlayacaq

6 Yanvar 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Silahlı Qüvvələri NATO standartlarına keçid çərçivəsində Kalaşnikov avtomatlarından tədricən imtina edəcək. Bu barədə ölkənin müdafiə naziri Anatoli Nosatyi Moldova 1 milli radiosunda bildirib.

"Nəhayət, Qərbdə istifadə edilən silahlara, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə logistika, sursat və ehtiyat hissələrinə çıxış imkanı verir. Dörd və ya beş bölmə artıq Kalaşnikov avtomatlarından imtina edib: Baş Qərargah Alayı və Hərbi Akademiya", - deyə nazir bildirib .

Bu keçid Moldovanın 2034-cü ilə qədər Müdafiə Strategiyasında nəzərdə tutulub və bu Strategiya NATO ilə əməkdaşlığın dərinləşdirilməsini və ölkənin hərbi xərclərinin 2030-cu ilə qədər ÜDM-in 1%-nə çatdırılmasını tələb edir.

Əziz Mustafa