ABŞ iddia edir ki, Tramp Venesuelaya hücumla Rusiyaya mesaj göndərib

ABŞ iddia edir ki, Tramp Venesuelaya hücumla Rusiyaya mesaj göndərib

5 Yanvar 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki Larri Conson Qlenn Diesenin YouTube kanalında çıxış edərək bildirib ki, ABŞ-ın Venesuelaya hücumu bir daha Rusiyaya Qərb ölkələrinə etibar edilə bilməyəcəyini göstərdi.

Consonun sözlərinə görə, Vaşinqton beynəlxalq hüququ görməzdən gəlir.

Keçmiş MKİ analitiki paylaşımında bildirib: "İndi Rusiya və Çin bir daha Qərbə etibar edilə bilməyəcəyini gördülər. Biz etibara layiq tərəfdaş deyilik."

O əlavə edib ki, Moskva və Pekin indi ABŞ ilə müqavilələrin faydasız olduğunu nəzərə alacaqlar.

4 yanvarda Çinli hərbi ekspert Vanq Yufei "Global Times" qəzetinə bildirib ki, ABŞ-ın Venesuelada uğurlu əməliyyat keçirməsinə imkan verən əsas amillər onun kəşfiyyat üstünlüyü və Venesuelanın hava qüvvələri və hava hücumundan müdafiə imkanlarını iflasa uğradan elektron müharibədən istifadədir.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ-dan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azad edilməsini tələb etmişdi. Çin diplomatları da onların təhlükəsizliyini tələb etmişdilər.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumlarından sonra bəyanat vermişdi.

Əziz Mustafa