Ərdoğan və Tramp F-16 və F-35 tədarükünü telefonla müzakirə edəcəklər

Ərdoğan və Tramp F-16 və F-35 tədarükünü telefonla müzakirə edəcəklər

5 Yanvar 12:46
Bəyəndim (4) Bəyənmədim (0)


Amerika qırıcı təyyarələri F-35 və F-16-ların alınması məsələsi, bazar günü planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışıqlarının əsas mövzularından biri olacaq.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin hakimiyyətyönlü "Hürriyet" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, liderlər həmçinin CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi, Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün F-16 və F-35 təyyarələrinin tədarükü, Halkbank məsələsi, eləcə də SDF kürd birləşmələrinin Suriya ordusuna inteqrasiyası məsələsini müzakirə edəcəklər.
"Hürriyet"in qeyd etdiyi kimi, danışıqların ayrıca bir mövzusu Qəzza sektorundakı vəziyyət ola bilər.
Daha əvvəl Tramp Vaşinqtonun Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılması imkanını araşdırdığını bildirmiş, eyni zamanda Ankarada bu təyyarələrdən İsrailə qarşı istifadə etməyəcəyinə əminliyini ifadə etmişdi.
Almaz Həsənli