İranda etirazlarda 35 nəfər öldürülüb, 1200-dən çox adam həbs edilib
İranda doqquz gün davam edən küçə etirazlarında ən azı 35 nəfər həlak olub, 1200-dən çox nümayişçi isə həbs edilib. Bu barədə Deutsche Presse-Agentur (dpa) agentliyi İranda İnsan Hüquqları Aktivistləri (Human Rights Activists in Iran) və onun media şəbəkəsi HRANA-ya istinadən məlumat yayıb.
HRANA-nın məlumatına görə, dekabrın sonunda başlayan etirazlar İranda ən azı 88 şəhərdə, yəni ölkənin 31 əyalətindən 27-də baş verib. İnsan haqları müdafiəçiləri yazırlar ki, müəyyən vaxtlarda İran təhlükəsizlik qüvvələri, xüsusilə kiçik yaşayış məntəqələrində keçirilən aksiyalarda nümayişçilərə qarşı zor tətbiq etməyə başlayıblar.
Belə hərəkətlər böyük şəhərlərdə, o cümlədən Məşhəd və İranın paytaxtı Tehranda yeni etiraz dalğasına səbəb olub. Ölkə üzrə ən azı 17 universitetin tələbələri aksiyalara qoşulub. Tələbə mediasının məlumatına görə, cavab olaraq təhlükəsizlik qüvvələri kampuslarda reydlər keçiriblər. Ümumilikdə, ölkədə başlayan etirazlar 2022-ci ildən bəri İranda ən genişmiqyaslı etirazlar olub. 2022-ci ildə 22 yaşlı Məhsə Əmininin "əxlaq polisi" tərəfindən saxlanıldıqdan sonra ölümü vətəndaşların narazılığına səbəb olmuşdu.
İnsan haqları müdafiəçilərinin məlumatına görə, İranda kütləvi etirazlar zamanı həlak olan 35 nəfərdən 29-u nümayişçilər, dördü uşaqlar, ikisi isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)





























