"Mançester Yunayted" Amorimi baş məşqçi vəzifəsindən azad etdi

"Mançester Yunayted" Amorimi baş məşqçi vəzifəsindən azad etdi

5 Yanvar 15:33
Bəyəndim (3) Bəyənmədim (0)


"Mançester Yunayted" portuqaliyalı Ruben Amorimi baş məşqçi postundan azad edib. Oxuməni.az-ın xəbərinə görə, İngiltərə Premyer Liqası (İPL) klubunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Amorim komandaya 14 ay rəhbərlik edib və onu Avropa Liqasının finalına (orada "Tottenxem"ə 0:1 hesabı ilə məğlub olub) çıxarıb. İPL-də komanda 15-ci yerdə qərarlaşıb.
Amorimin son oyununda “Mançester Yunayted” 4 yanvarda “Lids”lə 1-1 hesablı heç-heçə edib və 20 oyundan sonra Premyer Liqa turnir cədvəlində altıncı yerdə qərarlaşıb.
Gənclər komandasını məşqçisi Darren Fletçer müvəqqəti olaraq “Mançester Yunayted”ə rəhbərlik edəcək. MY-in növbəti oyunu 7 yanvarda “Burnley” ilə olacaq.
“The Athletic”-in məlumatına görə, “Mançester Yunayted” Amorimə 2027-ci ilə qədər olan müqaviləsinin tam məbləğini ödəməli olacaq və müqavilənin uzadılması da mümkündür.
Almaz Həsənli