Tokioda hərracda mavi tuna balığı rekord 3,2 milyon dollara satılıb
Yanvarın 5-də, bazar ertəsi səhər Tokiodakı Toyosu Balıq Bazarında nəhəng mavi tuna balığı bu ilin ilk hərracında rekord 510,3 milyon Yeni (3,2 milyon ABŞ dolları) satılaraq böyük səs-küyə səbəb olub.
243 kq çəkisi olan balıq üçün “Kiyomura Corp.” qalib gəlib. Bu şirkət ölkə daxilində və xaricdə filialları olan məşhur “Sushi Zanmai” suşi restoranlar şəbəkəsini idarə edir.
"Bu il ilk tutulan mavi tuna balığı uğur gətirir", - deyə “Kyodo” agentliyinin məlumatına görə, şirkətin prezidenti və illik Yeni il hərracının daimi iştirakçısı Kiyosi Kimura bildirib.
" Mavi tuna balığı Kralı" ləqəbi ilə tanınan cənab Kimura, Yeni il hərraclarında mavi tuna balığına inanılmaz dərəcədə yüksək qiymətlər təklif etməsi ilə tanınır.
Almaz Həsənli
Digər xəbərlər




























































































