Tramp Avropanı Rusiyadan neft və qaz aldığına görə tənqid edir

Tramp Avropanı Rusiyadan neft və qaz aldığına görə tənqid edir

11:10
Bəyəndim (3) Bəyənmədim (0)

Avropa ölkələri Rusiyanın Ukraynaya və NATO-ya üzv dövlətlərə qarşı müharibəsinə baxmayaraq, Rusiya qazı və neftini almağa davam edir. Bu onlar üçün biabırçılıqdır.

Bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının debatlarında çıxışı zamanı deyib.

"Mən onların etdiklərini edə bilmərəm. Onlar Rusiya ilə müharibə apararkən Rusiyadan neft və qaz alırlar. Bu, onlar üçün biabırçılıqdır və sizə deyə bilərəm ki, mən bunu biləndə çox utandılar", - Tramp deyib.

Amerika prezidenti qeyd edib ki, NATO ölkələri Rusiya neftini almağa davam etdikləri üçün özlərinə qarşı müharibəni maliyyələşdirirlər.

"Çin və Hindistan Ukraynadakı müharibənin əsas sponsorlarıdır, çünki Rusiya neftini alırlar. Bu, qəbuledilməzdir, lakin hətta NATO ölkələri də Rusiyadan enerji almağı dayandırmayıb. Bu, heç xoşuma gəlmir. Onlar mahiyyətcə özlərinə qarşı müharibəni maliyyələşdirirlər", - Tramp vurğulayıb.

Əziz Mustafa