Rusiya Maliyyə Nazirliyi müharibəni maliyyələşdirmək üçün ƏDV-nin 22%-ə qədər artırılmasını təklif edib

Rusiya Maliyyə Nazirliyi müharibəni maliyyələşdirmək üçün ƏDV-nin 22%-ə qədər artırılmasını təklif edib

Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya Maliyyə Nazirliyi 2026-cı il yanvarın 1-dən əlavə dəyər vergisinin (ƏDV) 20%-dən 22%-ə qaldırılmasını təklif edib. Oxuməni.az “novayagazeta.eu”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bu təklif 2026-cı il və 2027 və 2028-ci illərin planlaşdırma dövrü üçün federal büdcə layihəsində yer alıb.Hökumət bunu sentyabrın 29-da Dövlət Dumasına təqdim edəcək.
Maliyyə Nazirliyi ƏDV artımından əldə edilən vəsaiti “müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsinə” yönəltmək niyyətindədir, nazirliyin mətbuat xidmətindən bildirilib.
ƏDV-nin 10%-lik güzəştli dərəcəsi bütün sosial əhəmiyyətli mallar, o cümlədən ərzaq, dərman və tibbi məhsullar, uşaq malları və s. Üşün saxlanılır. Büdcə layihəsində həmçinin sığorta haqları üzrə müvəqqəti anti-COVID azadolmalarının aradan qaldırılması, sadələşdirilmiş vergi sistemi üzrə ƏDV ödəyiciləri üçün gəlir həddinin 60 milyon rubldan 10 milyon rubla endirilməsi, bukmeker kontorlarının vergiyə cəlb edilməsində dəyişikliklər, iri dövlət şirkətlərinin özəlləşdirilməsi nəzərdə tutulur.
“The Bell” əvvəlcə Kremlə və hökumətə yaxın mənbələrə istinadən Rusiya hakimiyyətinin əlavə dəyər vergisini 20%-dən 22%-ə qaldırmaq niyyətində olduğunu bildirib. Nəşrlə müsahibə verən iqtisadçı qeyd edib ki, ƏDV artımı müəyyən mallar üçün mümkün istisnalar istisna olmaqla, ÜDM-in təxminən 0,5%-i və ya ildə 1 trilyon rubl həcmində əlavə büdcə gəliri yarada bilər.
Oxuməni.az