Litva ordusuna hava məkanını pozan pilotsuz təyyarələri vurmağa icazə verib

Litva ordusuna hava məkanını pozan pilotsuz təyyarələri vurmağa icazə verib

15:28
Bəyəndim (1) Bəyənmədim (0)

Litva ordusuna pilotsuz və qırıcı təyyarələr ölkənin hava məkanını pozarsa, onları vurmaq səlahiyyəti verilib. Parlament müvafiq qanun qəbul edib. Bu barədə “Reuters” məlumat yayıb.

Hazırda Litva ordusu dronları ancaq silahlı olması və ya dövlət üçün vacib olan obyektlər üçün dərhal təhlükə törətməsi müəyyən olunarsa, onları vura bilər. Bununla belə, yeni qanuna əsasən, hərbçilər ölkənin hava məkanını pozan istənilən pilotsuz təyyarələri vura biləcəklər.

Təşəbbüsü Litva parlamentinin 141 deputatından 117-si dəstəkləyib. Qanun oktyabrda qüvvəyə minəcək.

"Biz indi istənilən şəkildə, o cümlədən pilotsuz təyyarələri məhv etməklə tez reaksiya verə bilərik. Qanunlarımız və prosedurlarımız cari təhlükələrə uyğunlaşdırılmayıb... Biz indi ildırım sürəti ilə reaksiya verə bilərik", - Litvanın müdafiə naziri Dovile Şakaliene vurğulayıb.

Əziz Mustafa