YENİYETMƏLƏR ÜZRƏ ÖLKƏ ÇEMPİONU BƏLLİ OLDU
Yeniyetmələr arasında keçirilən qaydasız döyüş növü üzrə Azərbaycan idmanında böyük uğur sevinci yaşanıb. 13yaşlı balaca idmançı Sahibov Ayşad Elşad oğlu ölkə daxilində keçirilən qaydasız döyüş üzrə yarışda yüksək nəticə göstərərək 1-ci yerin qalibi olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Ayşad Sahibov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib və həlledici görüşdə üstün performansı ilə fərqlənib. Nəticədə Ayşad Sahibov Gənclər və İdman Nazirliyi tərəfindən qızıl medala layiq görülərək ölkə çempionu adını qazanıb.
Biz də redaksiyamız adından yeniyetmələr arasında qaydasız döyüş növləri üzrə ölkə çempionu olan Ayşad Sahibovu təbrik edir, ona təhsildə və idman karyerasında uğurlar arzulayırıq.


Hazırladı: İsa Rəvan
Digər xəbərlər






































































.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)
















