Tramp Qazaxıstan və Özbəkistanın Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunacağını açıqladı

Tramp Qazaxıstan və Özbəkistanın Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunacağını açıqladı

08:11
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistanın 2026-cı ildə Florida ştatının Mayami şəhərində keçiriləcək İyirmilik Qrupu (G20) sammitində qonaq qismində iştirak etməyə dəvət olunacağını açıqladı. O, Truth Social-da müvafiq məqalə dərc etdi.

"Bu səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə iki əla söhbətim oldu. Davam edən münaqişələrdə sülhə nail olmağın vacibliyini, eləcə də ölkələrimiz arasında artan ticarət və əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arasındakı münasibətlər əladır", - Tramp dedi.

"Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki lideri Mayamidəki bu mühüm tədbirdə qonaq kimi bizə qoşulmağa dəvət edəcəyik", - deyə amerikalı lider qeyd edib.

Əziz Mustafa