Ötən gün Aşihara Karate üslubu üzrə XIX Ölkə Birinciliyi və Çempionatı təşkil olunub - VİDEO

Ötən gün Aşihara Karate üslubu üzrə XIX Ölkə Birinciliyi və Çempionatı təşkil olunub - VİDEO

22 Dekabr 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Aşıhara Karate Üslubu üzrə XIX ölkə birinciliyi və çempionatına start verilib.

Yarış Balaxanı İdman Kompleksində baş tutub. Çempionat idmançıların arenaya təntənəli daxil olmaları ilə başlayıb.

Mərasimdə AKF-nin vitse-prezidenti Füzuli Musayev, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi AKF-in İdarə Heyətinin üzvü Marif Bağırov, Federasiyanın baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, Aşihara Karate Üslubunun sədri Şahin Bağırov, eləcə də məşqçilər və hakimlər heyəti iştirak ediblər.

Yarışda çıxış edən idman xadimləri vurğulayıblar ki, Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün sistemli inkişafı, idmançılarımızın beynəlxalq arenada layiqli təmsilçiliyi işində dayanmadan irəliyə addımlayır. Vurğulanıb ki, belə yarışlar sağlam rəqabətin formalaşmasına, həm də milli karate məktəbinin inkişafına olduqca mühüm töhfələr verməkdədir.

Yarışın əsas məqsədi karatenin respublika üzrə kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, eləcə də Azərbaycan Karate Federasiyasının 2026-cı il mövsümü üçün milli komandanın formalaşdırılması olub.

Çempionatda paytaxt Bakı ilə yanaşı Abşeron, Göygöl və ölkənin müxtəlif bölgələrini təmsil edən, ümumilikdə 300-ə yaxın karateçi müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə mübarizə aparıb.

Yarışın yekununda müxtəlif yaş və çəki kateqoriyalarında fərqlənən idmançılar Gənclər və İdman Nazirliyi, eləcə də AKF tərəfindən təsis edilmiş medal və diplomlarla təltif olunublar.

Azərbaycan Karate Federasiyası karate hərəkatının inkişafı, idmançılarımızın qələbə əzminin möhkəmləndirilməsi və gələcək beynəlxalq uğurların təmin edilməsi yönündə fəaliyyətini davam etdirir...

Murad Şahməmmədov