Samsung  iPhone Fold-a görə kvadrat smartfon buraxacaq

Samsung  iPhone Fold-a görə kvadrat smartfon buraxacaq

Bəyəndim (2) Bəyənmədim (0)


Samsung, iPhone Fold ilə rəqabət aparmaq məqsədi ilə 2026-cı ildə Galaxy Z Fold modelini daha geniş korpusla təqdim edərək qatlanan smartfon xəttini genişləndirməyi planlaşdırır. Bu barədə Cənubi Koreyanın “ETNews” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, cihaz 4:3 nisbətində daxili displeyə sahib olacaq. Söylənilənə görə, Apple də özünün ilk qatlanan modeli üçün oxşar ekran formatını nəzərdən keçirir, bu da yeni Z Fold-u rəqibin gələcək məhsuluna birbaşa cavab edir. Z Fold7 də daxil olmaqla, hazırkı seriya modellərindən fərqli olaraq, kvadrata yaxın ekran istifadə edən yeni versiya nəzərəçarpacaq dərəcədə daha geniş və planşetlərə daha yaxın formatda olacaq.
Bununla belə, Samsung qatlanan smartfonların əsas xəttindən imtina etmək niyyətində deyil. ETNews-un məlumatına görə, standart Galaxy Z Fold8-in buraxılması şirkətin planlarında qalır.
Beləliklə, 2026-cı ildə Samsung eyni vaxtda üç qatlanan cihaz təqdim edə bilər: Galaxy Z Fold və Z Flip-in yeni nəsilləri, həmçinin fərqli istifadə ssenarisi üçün nəzərdə tutulmuş geniş ekranlı əlavə Z Fold modeli.
Almaz Həsənli