Moskvada avtomobil partlayışı nəticəsində general Sarvarov həlak olub

Moskvada avtomobil partlayışı nəticəsində general Sarvarov həlak olub

12:31
Bəyəndim (1) Bəyənmədim (1)


Moskvada avtomobil partlayışı nəticəsində yüksək rütbəli hərbçi, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Hazırlığı İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub. Oxuməni.az-ın məlumatına görə, bu barədə RBC-yə iki mənbə məlumat verib.
İstintaqın məlumatına görə, partlayıcı qurğu Moskvada cənubda, Yasenevaya küçəsindəki parkinqdə onun avtomobilinin altında işə düşüb.
İstintaqçılar hadisənin təfərrüatlarını araşdırır, rəsmi şəxslər Ukrayna xüsusi xidmət orqanlarının iştirakını istisna etmirlər. İstintaq Komitəsi cinayət işi açıb.
Almaz Həsənli