Konyada İtaliya hava hücumundan müdafiə sistemi yerləşdiriləcək

Konyada İtaliya hava hücumundan müdafiə sistemi yerləşdiriləcək

12:23
Bəyəndim (1) Bəyənmədim (0)

Milli Müdafiə Nazirliyi Konyadakı 3-cü Əsas Döyüş Bazasına bir İtaliya SAMP-T hava hücumundan müdafiə sisteminin yerləşdiriləcəiyini açıqladı. Bəyanatda qeyd olunur ki, bu qərar NATO müdafiəsini gücləndirmək üçün verilib.

Türkiyə Müdafiə Nazirliyi bildirib: "NATO-nun Daimi Müdafiə Planının bir hissəsi olaraq, müttəfiqlərin hava hücumundan müdafiəsini gücləndirmək üçün Konyadakı 3-cü Əsas Döyüş Bazasına bir İtaliya SAMP-T hava hücumundan müdafiə sistemi yerləşdiriləcək."

Milli Müdafiə Nazirliyi NATO ittifaqının müdafiəsini gücləndirmək üçün Konyadakı 3-cü Əsas Döyüş Bazasına bir İtaliya SAMP-T hava hücumundan müdafiə sisteminin yerləşdiriləcəyini açıqladı. Nazirliyin açıqlamasında qeyd olunur ki, bu qərar müttəfiq ölkələr arasında həmrəyliyi və bölgədə birgə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün verilib.

SAMP/T, İtaliya və Fransa tərəfindən birgə hazırlanmış yeni nəsil orta və uzun mənzilli hava və raketdən müdafiə sistemləridir. Qabaqcıl Aster 15 və Aster 30 raketlərindən istifadə edən bu sistem təyyarələrə, helikopterlərə, pilotsuz uçuş aparatlarına (PUA) və xüsusilə də taktiki ballistik raketlərə qarşı tam 360 dərəcə müdafiə təmin edir.

İtaliya Ordusunun hava müdafiəsinin əsasını təşkil edən SAMP/T, yüksək mobil təkərli platformalarda quraşdırılıb və çox qısa müddətdə yerləşdirilə və döyüşə hazır hala gətirilə bilər. Eyni zamanda birdən çox hədəfi izləyə və məhv edə bilən çoxfunksiyalı radar sistemi sayəsində sistem həm hərbi hissələri, həm də vacib infrastrukturu qorumaq vəzifələrini uğurla yerinə yetirir və hətta gərgin elektron müharibə şəraitində belə yüksək dəqiqliyi təmin edir.

Əziz Mustafa