Vladimir Putin Rusiya Dövlət Dumasına seçkilərin tarixini təyin etdi

Vladimir Putin Rusiya Dövlət Dumasına seçkilərin tarixini təyin etdi

12:48
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 20 sentyabr tarixinə təyin edilməsi haqqında fərman imzalayıb. Oxuməni.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya saytında yerləşdirilib. Fərman dərc olunduğu gündən qüvvəyə minir.


Mərkəzi Seçki Komissiyasının üzvü İqor Borisovun bildirdiyinə görə, doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdə səsvermə üç gün davam edəcək – sentyabrın 18-dən 20-dək. 225 deputat partiya siyahıları üzrə, qalan 225 deputat isə vahid-mandatlı dairələr üzrə seçiləcək. Rusiya ərazisində 39 regionda yerli parlament deputatları seçiləcək.
Almaz Həsənli