Rutte Çinin Rusiya vətəndaşlarına hərbi təlimi keçməsini pisləyib
NATO daim Çinin Rusiyaya verdiyi hərbi yardımı, o cümlədən əsgərlərin təlimini yaxından izləməyə çalışır.
RBC-Ukraine-nın The Guardian-a istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Mark Rutte bunu mətbuat konfransında bildirib.
Jurnalistlər Ruttedən bu yaxınlarda AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas tərəfindən açıqlanan Çinin Rusiyaya hərbi təlim yardımı barədə soruşublar. Baş katib qeyd edib ki, NATO "daim Çinin hərəkətlərini yaxından izləməyə çalışır".
"Biz sadəlövh deyilik. Hər şeyi diqqətlə izləyirik. Hələlik sizə daha çox məlumat verə bilmərəm, heç olmasa bu açıq mətbuat konfransında yox, amma əmin ola bilərsiniz ki, biz Çinin hər addımını izləyirik", - deyə Rutte vurğuladı.
Xatırladaq ki, Reuters əvvəllər ötən ilin sonlarında Çinin öz ərazisində gizli şəkildə təxminən 200 rus əsgərinə təlim keçdiyini və onlardan bəzilərinin sonradan Ukraynada döyüşmək üçün geri qayıtdığını bildirmişdi.
Eyni zamanda, Pekin gizli Rusiya hərbi təlimləri ilə bağlı bu cür məlumatları təkzib etmiş və bu cür iddiaları Ukraynadakı müharibə üçün məsuliyyəti başqasının üzərinə atmaq cəhdləri adlandırmışdı.
Avropa Birliyi sonradan Çinin Ukraynaya qarşı müharibə üçün yüzlərlə rus əsgəri təlim keçdiyini təsdiqləyib. Çin bu məlumatı yenidən təkzib etdi.
Əziz MUSTAFA



















































































