İran ABŞ-ın blokadasının zəifləməsindən sonra neft ixracını bərpa edib
Vaşinqton və Tehran arasında limanlardakı ABŞ blokadasının dayandırılmasını nəzərdə tutan çərçivə sazişinin elan edilməsindən sonra İran tankerləri iki ayda ilk dəfə olaraq ixrac üçün neft daşımaya başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
TankerTrackers analitik şirkətinin məlumatına görə, İran gəmiləri artıq ən azı iki partiya xam neft ixrac edib. Bu məlumat peyk şəkilləri ilə də təsdiqlənir: ABŞ-ın hərbi dəniz blokadası xəttini keçən İran Milli Tanker Şirkətinin ən azı iki supertankeri təxminən 3,8 milyon barel neft daşıyıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Hörmüz boğazı memorandumun şərtlərinə uyğun olaraq açıqdır, lakin sonradan bunun cümə günü İsveçrədə rəsmi imzalanmasından sonra baş verəcəyini dəqiqləşdirib.
Almaz Həsənli













































.jpg)
.jpg)
.jpg)



































