Maskın "oğurluq" sirləri ilə bağlı OpenAI-yə qarşı iddiası məhkəmə tərəfindən yekun olaraq rədd edildi

Maskın "oğurluq" sirləri ilə bağlı OpenAI-yə qarşı iddiası məhkəmə tərəfindən yekun olaraq rədd edildi

13:34
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ-ın Federal Məhkəməsi İlon Maskın xAI şirkətinin OpenAI-yə qarşı qaldırdığı, ChatGPT-nin tərtibatçısını kommersiya sirlərini oğurlamaqda ittiham edən iddiasını yekun olaraq rədd edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
San-Fransiskoda hakim Rita Lin bildirib ki, xAI OpenAI-nin xAI-nin keçmiş mühəndisi Syueçen Li-ni kommersiya sirlərini qanunsuz mənimsəməyə təhrik etdiyini və ya onun OpenAI üçün işə qəbul təqdimatı zamanı bu sirləri açıqladığını sübut edə bilməyib.
İddia yenidən təqdim edilməməsi şərti ilə yekun olaraq rədd edilib. Hakim qeyd edib ki, iddianın davam etdirilməsi "boşuna" olardı.
xAI iddia qaldırdığı iddia ötən ilin sentyabr ayında qaldırılıb. Şirkət iddia edirdi ki, keçmiş əməkdaşlar OpenAI-yə keçərkən, xüsusilə Grok adlı çət-botla bağlı məxfi məlumatları, o cümlədən mənbə kodunu özləri ilə aparıblar.
Xatırladaq ki, İlon Maskın xAI şirkəti ötən ilin sentyabr ayında OpenAI-yə qarşı iddia qaldıraraq, şirkəti keçmiş xAI əməkdaşları vasitəsilə kommersiya sirlərini oğurlamaqda ittiham edib.
Bu, xüsusilə Grok adlı çət-botla bağlı çıxarılmış mənbə koduna və digər məxfi məlumatlara aid idi.
Fevral ayında Mask OpenAI Inc. və Microsoft-a qarşı 134 milyard dollarlıq iddia qaldırıb. O, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətin onu aldatdığını iddia edib.
Almaz Həsənli