Messi futbol tarixində altı Dünya Çempionatında oynayan ilk şəxs olub

Messi futbol tarixində altı Dünya Çempionatında oynayan ilk şəxs olub

17 İyun 11:10
Bəyəndim (1) Bəyənmədim (0)


Səkkiz qat "Qızıl Top" mükafatının sahibi, Argentinanın hücumçusu Lionel Messi, altı Dünya Çempionatında iştirak edən ilk futbolçu olub.
Oxuməni.az xəbər verir ki, "İnter Mayami"nin forvardı Messi, 2026-cı il Dünya Çempionatının Əlcəzairə qarşı oyununda start heyətində meydana çıxıb. Bu görüş Kanzas-Siti şəhərində keçirilib. Əlcəzairlə oyunda Argentina 3:0 hesabı ilə qalib gəlib və hər üç qolun müəllifi Messi olub. Bu, forvard üçün milli komandada 200-ci, Dünya Çempionatlarında isə 27-ci matçdır.
Messinin 38 yaşı var və daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə Dünya Çempionatlarında çıxış edib. Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il Dünya Çempionatında Messinin nailiyyətini təkrarlaya bilər.
Qeyd edək ki, 2022-ci il Qətərdə keçirilən Dünya Çempionatında o, ölkəsinin milli komandası ilə qızıl medal qazanıb.
Almaz Həsənli