Tanınmış britaniyalı təhqiqatçı jurnalist Rocer Kuk vəfat edib

Tanınmış britaniyalı təhqiqatçı jurnalist Rocer Kuk vəfat edib

15:21
Bəyəndim (1) Bəyənmədim (0)


Tanınmış britaniyalı təhqiqatçı jurnalist Rocer Kuk 83 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Jurnalistin ailəsi "Dərin kədərlə Rocer Kukun, onun qısa müddətli xəstəlikdən sonra şənbə günü (13 iyun - Oxuməni.az-ın qeydi) sakitcə dünyasını dəyişdiyini bildiririk" bəyanatını yayıb. Digər təfərrüatlar açıqlanmır.
Kukla əməkdaşlıq edən "ITV" telekanalı da jurnalistin vəfatı ilə bağlı açıqlama verib. Şirkət təhqiqatçını televiziya sahəsində ən hörmətli və nüfuzlu şəxslərdən biri adlandırıb.
Kuk 1987-1999-cu illərdə "ITV"də yayımlanan "Kukun Reportajı" (The Cook Report) müəllif proqramı sayəsində tanınıb. Bu proqramda jurnalist, sonradan korrupsiya və cinayət işlərinin açılmasına səbəb olan təhqiqatlar aparırdı. Onun süjetləri dəfələrlə polis tərəfindən aparılan və ittihamla nəticələnən təhqiqatlara səbəb olub. 1997-ci ildə Kuk Britaniyanın ən nüfuzlu televiziya mükafatlarından biri olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.
Almaz Həsənli