İran ABŞ ilə sazişin imzalanma tarixini açıqladı

İran ABŞ ilə sazişin imzalanma tarixini açıqladı

15:47
Bəyəndim (1) Bəyənmədim (0)

İran prezidenti Məsud Pezeşkiyan Tehrandan Vaşinqtonla münaqişəyə son qoymaq məqsədi daşıyan sazişin iyunun 19-da imzalanacağını bildirib.

Oxuməni.az İranın dövlət agentliyi IRNA-nın məlumatına istinadla xəbər verir ki, dövlət başçısı bu barədə Daxili İşlər Nazirliyində keçirilən görüşdə deyib.

"Əldə olunan razılığa əsasən, İran və ABŞ arasında saziş protokolu cümə günü imzalanacaq", - Pezeşkiyan bildirib.

Prezident həmçinin qeyd edib ki, ölkədəki münaqişə dövründə daxili sabitliyi qorumaq mümkün olub və dövlət qurumları öz funksiyalarını səmərəli şəkildə yerinə yetirməyə davam edib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqton və Tehran arasında intensiv danışıqlar seriyasından sonra razılığın əldə olunduğunu bildirmişdi.

İran Xarici İşlər Nazirinin müavini Qasım Qəribabadi isə razılığın əldə olunduğu faktını təsdiqləyərək, memorandumun iyunun 19-da İsveçrədə imzalanacağını bildirib.

Ötən gün ABŞ prezidenti Donald Tramp da saziş üzərində işin başa çatdığını elan edərək, Hörmüz boğazının açılacağı və ABŞ-ın dəniz blokadasının qaldırılacağı barədə məlumat vermişdi.

Almaz Həsənli