Macarıstan parlamenti baş nazirin vəzifədə qalma müddətini məhdudlaşdırdı
Macarıstan parlamenti ölkə konstitusiyasına baş nazirin səlahiyyətlərinin iki dörd illik müddətlə məhdudlaşdırılması haqqında düzəlişi təsdiqləyib. Bu barədə Oxuməni.az “444.hu” saytına istinadən məlumat yayıb.
"Bu qərarın lehinə 134 deputat, əleyhinə 50 deputat səs verib, altı nəfər isə bitərəf qalıb", - deyə iclası aparan, milli teleşirkətlər tərəfindən canlı yayımlanan parlament sədrinin müavini Kristiyan Kösəqi elan edib.
Bu norma 1990-cı ildən hökumət başçısı vəzifəsində olmuş hər kəsə şamil edilir. Bu o deməkdir ki, sabiq baş nazir Viktor Orban bu vəzifəyə qayıda bilməyəcək, çünki o, bu vəzifədə beş müddət çalışıb.
Konstitusiyaya düzəlişlərlə baş nazirin səlahiyyət müddətlərinin məhdudlaşdırılması, aprelin 12-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Macarıstanın baş naziri olmuş Peter Madyarın seçkiqabağı vədlərindən biri idi. Siyasətçi bildirmişdi ki, bu, həddindən artıq gücün bir nəfərin əlində cəmlənməsinin qarşısını almağa kömək edəcək.
Macarıstan parlamentində Madyarın "Tisa" partiyası düzəlişin lehinə, Orbanın "Fides" partiyası isə əleyhinə səs verib.
Almaz Həsənli








































































.jpg)
.jpg)
.jpg)









