Futbol üzrə Dünya Çempionatında Fransa, Norveç, Argentina və Avstriya qələbəyə seviniblər

Futbol üzrə Dünya Çempionatında Fransa, Norveç, Argentina və Avstriya qələbəyə seviniblər

11:00
Bəyəndim (2) Bəyənmədim (0)

Argentina 2026-cı il Dünya Çempionatına Əlcəzair üzərində 3-0 hesablı qələbə ilə başlayıb. Oyun Kanzas-Siti şəhərindəki Arrowhead Stadionunda keçirilib.

Argentinanın kapitanı Lionel Messi 17-ci dəqiqədə cərimə meydançasının xaricindən vurduğu zərbə ilə hesabı açıb. O, ikinci hissədə daha iki qol vuraraq Dünya Çempionatında daha bir yüksək nəticəyə imza atıb.
Argentina qrupda üç xalla liderlik edir.
İkinci turda Argentina Avstriya, Əlcəzair isə İordaniya ilə qarşılaşacaq.

Norveç İraqı 4-1 hesabı ilə məğlub edib. Matç Foksborodakı Gillette stadionunda keçirilib.

Mançester Siti hücumçusu Erlinq Haland oyunda dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb. Daha bir dəfə isə onun komanda yoldaşı Leo Oestiqard fərqlənib. İraqlı hücumçu Aymen Hüseyn avtoqola imza atıb. O eyni zamanda rəqib komandanın qapısına vurulan yeganə qolun müəllifi olub..

Fransa Kilian Mbappenin dublu sayəsində Seneqalı 3-1 hesabı ilə məğlub edib. Fransızların daha bir qolunu isə Bredli Barkola vurub. Seneqalın Fransanın qapısına vurduğu yeganə qolun müəllifi isə 18 yaşlı İbrahim Mbaye olub.

Fransa üç xalla turnir cədvəlinə başçılıq edir. 23 iyunda Fransa İraqla, Seneqal isə eyni gündə Norveçlə qarşılaşacaq.
Dünya Çempionatının altıncı oyun günü Avstriya və İordaniya arasında keçirilən oyunla başa çatıb. San-Fransiskoda keçirilən oyunda avstriyalılar 3-1 hesabı ilə qalib gəliblər..

20-ci dəqiqədə Almaniyanın "Verder Bremen" klubunun yarımmüdafiəçisi Romano Şmid cərimə meydançasının xaricindən zərbə ilə hesabı açıb. İordaniyalılar 50-ci dəqiqədə Əli Olvanın dəqiq zərbəsi sayəsində hesabı bərabərləşdiriblər.

76-cı dəqiqədə iordaniyalı Yazan Alaraab avtoqol müəllifi olaraq rəqib komandanın hesabda irəli çıxmasına səbəb olub. Oyunda son nöqtəni təcrübəli hücumçu Marko Arnautoviç qoyub. O 90+12-ci dəqiqədə penaltidən 3-cü qolu vuraraq komandasının 3-1 hesabı ilə qələbə çalmasında önəmli rol oynayıb.

İ qrupu

17 iyun

02:00. İraq - Norveç - 1:4

Qollar: Erlinq Haaland, 29 (0:1), Aymen Hüssein, 39 (1:1), Erlinq Haaland, 43 (1:2), Leo Ostiqard, 76 (1:3), Aymen Hüssein, 90+6-avtoqol( 1:4)

16 iyun

Fransa - Seneqal - 3:1

05:00. Argentina - Əlcəzair - 3:0

Qollar: Lionel Messi, 17,60, 76

08:00. Avstriya - İordaniya - 3:1

Qollar: Romano Şmid, 21 (1:0), Ali Olvan, 50 (1:1), Yazan Al Arab, 76-avtoqol (2:1), Marko Arnautoviç, 90+12-pen.(3:1)

Bu gün və sabah Dünya Çempionatə çərçivəsində növbəti oyunlar keçiriləcək.

K qrupu

17 iyun

21:00. Portuqaliya - Konqo

18 iyun

06:00. Özbəkistan - Kolumbya

L qrupu

00:00. İngiltərə - Xorvatiya

18 iyun

03:00. Qana - Panama

Əziz MUSTAFA