2026-cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

2026-cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

10:28
Bəyəndim (1) Bəyənmədim (0)


Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
15-dən 16-cı iyun tarixinə keçən gecə H və G qruplarında 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin 1-ci turunun oyunları keçirildi. Oxuməni.az oyunların nəticələri ilə tanış olmağı təklif edir.
G qrupunda Belçika millisi Misir komandası ilə bacarmadı (1:1), iranlılar isə yeni zelandiyalılarla xalları bölüşdülər (2:2). İlk oyunların nəticələrinə görə, dörd millinin hər birinin aktivində bir xal var.
H qrupunda ispanlar Kabo-Verde millisi ilə heç-heçə oynadılar (0:0), səudiyyəlilər isə Uruqvay komandasını məğlub edə bilmədilər (1:1). Turnir cədvəlində bütün millilərin bir xalı var.
İkinci turda Belçika millisi İran komandası ilə, yeni zelandiyalılar isə Misir millisi ilə qarşılaşacaq. İspanları Səudiyyə Ərəbistanı millisi ilə oyun gözləyir, Uruqvay komandası isə Kabo-Verde millisi ilə oynayacaq. Bütün görüşlər iyunun 21-də baş tutacaq.
Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir,(vaxt Bakı vaxı ilə göstərilmişdir və İctimai TV vasitəsilə yayımlanır):
I qrup: Fransa - Seneqal, 16 iyun 2026, saat 23:00
I qrup: İraq - Norveç, 17 iyun 2026, saat 02:00
J qrup: Argentina - Əlcəzair, 17 iyun 2026, saat 05:00
J qrup: Avstriya - İordaniya, 17 iyun 2026, saat 08:00
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli