Politico: AK -nin sədri üçüncü müddətə yenidən seçilməyəcək

Politico: AK -nin sədri üçüncü müddətə yenidən seçilməyəcək

10:01
Bəyəndim (1) Bəyənmədim (0)


Avropa Komissiyasının (AK) sədri vəzifəsini icra edən Ursula fon der Leyen 2029-cu ildə üçüncü müddətə öz namizədliyini irəli sürməyi planlaşdırmır.
Oxuməni.az xəbər verir ki, Politico-nun mənbələrə istinadən verdiyi məlumata görə, bu barədə AK sədrinin kabinetinin rəhbəri Björn Zaybert yüksək vəzifəli məmurlar üçün keçirilən şəxsi şam yeməyi zamanı bəyan edib.
Nəşrin həmsöhbətlərinin məlumatına görə, bu bəyanat AK departamentlərinin planlaşdırılan strukturunun dəyişdirilməsinin Avropa Komissiyasının hazırkı rəhbərinin əlində hakimiyyətin mərkəzləşdirilməsinə yönəldiyi barədə ehtimalları təkzib etmək məqsədi daşıyıb.
Politico qeyd edir ki, Avropa İttifaqının təsis müqavilələrində Avropa Komissiyasının sədri üçün müddətlərin sayına dair məhdudiyyətlər yoxdur. Bununla belə, növbəti seçkilər keçirilənə qədər fon der Leyenin 70 yaşı olacaq.
Daha əvvəl nəşr xəbər vermişdi ki, AK regional və sosial fondları idarə edəcək İnvestisiyalar üzrə Baş Direktorluğun yaradılması imkanını nəzərdən keçirir. Politico-nun fikrincə, bu, fon der Leyenin icma strukturlarındakı təsirini artıracaq. Məqalədə həmçinin qeyd olunurdu ki, yeni bölmənin yaradılması müzakirələri AK-nin ən qədim orqanlarından biri olan Regional və Şəhər Siyasəti Baş Direktorluğunun ləğv edilməsi ilə bağlıdır.
Almaz Həsənli