İlon Maskın sərvəti Forbes-ə görə 700 milyard dollardan çox olub
Tesla və SpaceX-in sahibi İlon Maskın sərvəti Forbes jurnalının versiyasına görə 700 milyard dollardan çox olub.
Cəmi beş gün əvvəl Forbes Maskın sərvətini 677 milyard dollar qiymətləndirmiş və onu 600 milyard dolları keçən ilk insan adlandırmışdı.
Hazırda iş adamının sərvətinin qiymətləndirilməsi 749 milyard dollardır. Forbes qeyd edir ki, kəskin artım Maskın sərvətinin real artımı ilə deyil, hesablanma metodikası ilə izah olunur.
Ötən gün Delaver ştatının Ali Məhkəməsi, aşağı instansiya məhkəməsinin şirkətin direktorlar şurası tərəfindən 2018-ci ildə ona verilmiş Tesla səhmləri üzrə opsionlar şəklində olan mükafatını etibarsız hesab edən qərarını ləğv edib. Hazırda onların dəyəri 139 milyard dollar qiymətləndirilir.
Məhkəmə çəkişmələri zamanı Forbes, Maskın sərvətinin hesablanmasında bu opsionların dəyərinin yalnız 50%-ni nəzərə alırdı. İndi isə o, tamamilə nəzərə alınıb.
Mask ilk dəfə 2021-ci ilin yanvarında, sərvəti 190 milyard dollar qiymətləndirilərkən Forbes-in ən varlı iş adamları reytinqinə başçılıq edib. Həmin ilin sentyabrında qiymətləndirmə 200 milyard, noyabrda isə 300 milyard dollara yüksəlib. Mask 400 milyard dollar həddini 2024-cü ilin dekabrında, 500 milyard dolları isə 2025-ci ilin oktyabrında keçib.
Almaz Həsənli
































































.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)





















