Hələbdə milislər və Suriya hökumət qüvvələri arasında toqquşmalar baş verib

Hələbdə milislər və Suriya hökumət qüvvələri arasında toqquşmalar baş verib

08:11
Bəyəndim (1) Bəyənmədim (0)

Hələbin Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında kürd qüvvələri ilə Suriya hökumət qüvvələri arasında toqquşmalar baş verib. "Əl-Ərəbiyyə"nin məlumatına görə, ən azı iki mülki şəxs həlak olub.

Suriya Daxili İşlər Nazirliyi kürd terrorçularını nəzarət məntəqəsinə hücum etməkdə günahlandırıb. Rəsmi olaraq, bir nəfər həlak olub, iki təhlükəsizlik qüvvəsi və üç mülki müdafiə işçisi yaralanıb.

Terrorçu kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası hökumət qüvvələrinin ilk hücum etdiyini iddia edib. SDQ minaatan və ağır silahlardan atəş nəticəsində iki kürd terorçusunun və beş mülki şəxsin yaralandığını iddia edir.

10 martda Dəməşqdə Suriya prezidenti Əhməd əl-Şara və SDQ komandiri Məzlum Əbdi arasında kürd qüvvələrinin Suriya ordusuna və hökumət strukturlarına daxil edilməsi ilə bağlı razılaşma imzalanıb. Lakin beynəlxalq medianın qeyd etdiyi kimi, o vaxtdan bəri heç bir konkret addım atılmayıb.

Əziz MUSTAFA