Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
.
Böyük Britaniya Rusiyanın "Tatneft", "RussNeft", "RusNeftegaz" və "NNK-Oil" neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu, Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş yenilənmiş sanksiyalar siyahısında qeyd olunur.
Ümumilikdə, məhdudiyyətlər 24 fiziki və hüquqi şəxsə şamil edilir. Xüsusilə, məhdudlaşdırıcı tədbirlər "Tekstil-Servis", "Pambıq Fabriki", BƏƏ-nin "Saphira Energy" şirkəti, "Fərqanə Kimya Zavodu" və Özbəkistanın "Gelion Business Trade and Chemistry International" şirkətlərini əhatə edir.
Qara siyahıya düşən şəxslər arasında Sergey Dobrinov, Andrey Paleviç, Çingiz Əliyev, Murtaza Əli Laxani və Rüstəm Muminov var. Sanksiya siyahısındakı şirkətlərin Böyük Britaniyadakı bank hesabları dondurulacaq və şəxslərin ölkəyə girişi qadağan ediləcək.
Əziz MUSTAFA
















































.jpg)



.jpg)




















.jpg)









