ABŞ 2030-cu ilə qədər Aya nüvə reaktoru yerləşdirməyi planlaşdırır
ABŞ administrasiyası 2030-cu ilə qədər Aya nüvə reaktoru yerləşdirməyi planlaşdırır. Bu, ABŞ prezidenti Donald Trampın Ağ Evin saytında dərc edilmiş "Amerikanın Kosmosda Üstünlüyünün Təmin Edilməsi" adlı sərəncamında bildirilir. Bu barədə TASS məlumat yayıb.
Sənədə əsasən, reaktorların da aşağı Yer orbitinə yerləşdirilməsi planlaşdırılır. Amerikalı astronavtların 2028-ci ildə Aya enməsi və iki il sonra orada ilk forpostların yaradılması gözlənilir. Ay proqramı Marsa gələcək missiyalar üçün bir addım kimi qəbul edilir.
Sərəncamda qeyd olunur ki, Vaşinqton Ay iqtisadiyyatını inkişaf etdirmək, eləcə də kosmosda nüvə silahlarının mümkün yerləşdirilməsi də daxil olmaqla kosmik təhdidləri aşkar etmək və neytrallaşdırmaq niyyətindədir.
Noyabr ayında Tramp ABŞ-ın kosmik yarışda Rusiya və Çindən irəlidə olduğunu bəyan etdi. ABŞ prezidentinin sözlərinə görə, Pentaqonun Kosmik Qüvvələri kosmosda "inanılmaz işlər" görür.
Əziz MUSTAFA













.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)








































.jpg)



.jpg)























