ABŞ  "Green Card"  lotereyasını dayandırdı

ABŞ  "Green Card"  lotereyasını dayandırdı

19 Dekabr 2025 10:51
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ rəsmiləri, " "Green Card" (qrin kart) lotereyası proqramını müvəqqəti olaraq dayandırıb. Səbəb isə Braun Universitetində baş vermiş atışmada şübhəli bilinən şəxsin bu proqram vasitəsilə ölkəyə gəlməsidir.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem "X" sosial şəbəkəsində bildirib.

Noem qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ölkənin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) dərhal DV1 proqramlarını dayandırmaq barədə əmr verib.

Nazirin sözlərinə görə, bu tədbir ABŞ vətəndaşlarının "bu zərərli proqram səbəbindən bir daha zərər görməməsini" təmin etmək məqsədi daşıyır.

Noem əlavə edib ki, Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Nevis Valenti 2017-ci ildə "qrin kart" əldə edərək bu proqram vasitəsilə ABŞ-a gəlib.

Braun Universitetində (Providence, Rod-Aylend, ABŞ) atışma dekabrın 13-də baş verib. Hücum nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə yaralanıb. Cinayəti törətdikdən sonra cinayətkar qaçıb və axtarışa verilmişdi, lakin saxlanılmışdı. Bir neçə gün sonra şübhəli şəxs nəzarətdən azad edilib.

Dekabrın 19-da isə həmin şəxsin cansız halda tapıldığı məlum olub.

Almaz Həsənli