Portuqaliya Baş naziri Portuqaliya sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsinə icazə verib

Portuqaliya Baş naziri Portuqaliya sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsinə icazə verib

15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya Baş naziri Luis Monteneqro münaqişə həll edildikdən sonra Ukraynaya Portuqaliya sülhməramlı qüvvələrinin yerləşdirilməsinə icazə verib.

Portuqaliya hökumətinin başçısı bu açıqlamanı Kiyevə səfəri zamanı verib. "Diário de Notícias" qəzeti baş nazirin sözlərinə istinadən yazır: "Portuqaliya hərbi qulluqçularının qonşu ölkələrdə - Slovakiya, Rumıniya, Latviya, Litva və Avropa İttifaqı və NATO daxilində yerləşdirilən milli qüvvələrimizin sülhməramlı, çəkindirici və təhlükəsizlik missiyalarında iştirak etdiyi digər ölkələrdə - artıq etdiklərini Ukraynada etmələrinə heç nə mane ola bilməz".

Monteneqro qeyd edib ki, "Bizim iştirakımız heç bir quru müdaxiləsini nəzərdə tutmur".

Əziz Mustafa