ABŞ və Avropa Ukrayna üçün ətraflı təhlükəsizlik zəmanəti planı hazırlayıblar

ABŞ və Avropa Ukrayna üçün ətraflı təhlükəsizlik zəmanəti planı hazırlayıblar

15:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Avropa Ukrayna üçün Rusiyanın təkrar təcavüzdən çəkindirilməsi üçün ətraflı, sərt və ciddi tədbirləri özündə birləşdirən təhlükəsizlik zəmanəti planı hazırlayıblar.

Bu barədə Bloomberg məlumat yayıb.

Adı açıqlanmayan rəsmilər nəşrə bildiriblər ki, plana əsasən, təxminən 800.000 nəfərlik Ukrayna ordusu müharibədən sonrakı çəkindirmənin ilk xətti kimi xidmət etməlidir. Ukrayna əsgərlərinin düzgün təlim keçməsini təmin etmək üçün Ukraynaya silah çatdırılması və digər dəstək proqramlarının davam etdirilməsi gözlənilir.

Eyni zamanda, ABŞ-dan demarkasiya xətti boyunca sülh müqaviləsini pozmaq cəhdlərini izləmək üçün kəşfiyyat məlumatları təqdim etməli və monitorinq aparmalı olacaq. Buraya, xüsusən də Rusiyanın potensial yalançı əməliyyatları daxildir.

Eyni zamanda, "qətiyyətli koalisiya" ölkələrinin əsgərləri "etimad yaratmaq" üçün cəbhə xəttindən uzaqda yerləşdiriləcəklər. Avropa liderləri təhlükəsizlik tədbirləri çərçivəsində Ukraynada fəaliyyət göstərə biləcəklərini təsdiqlədilər.

ABŞ və Avropa planında nəzərdə tutulur ki, yenidən hərbi əməliyyatlar başlasa, Ukrayna əsgərləri birinci müdafiə xətti kimi xidmət edəcək, Ukraynanın müttəfiqləri isə münaqişənin şiddətlənməsinin qarşısını almaq üçün dərhal diplomatik mexanizmlər və deeskalasiya tədbirləri tətbiq edəcəklər. Bu cür səylər uğursuz olarsa, Ukraynaya ABŞ-ın imkanlarından istifadə edərək "hərbi dəstək" veriləcək.

Bloomberg qeyd edib ki, bu çoxqatlı yanaşma və ABŞ öhdəlikləri Ukraynada və Avropada nikbinlik yaradıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodymyr Zelensky əvvəllər ABŞ təhlükəsizlik zəmanətlərinin Konqresdə səsverməyə çıxarılmasını istədiyini bildirmişdi. Onun sözlərinə görə, Budapeşt Memorandumu ssenarisi təkrarlana bilməz.

ABŞ-ın Ukraynaya Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə müqayisə edilə bilən təhlükəsizlik zəmanətləri verə biləcəyi barədə şayiələr Ukrayna və Amerika rəsmiləri arasında aparılan danışıqlardan sonra ortaya çıxıb.

Politico-ya görə, ABŞ-ın bu təklifi "bir neçə gün" müddətində qüvvədə olacaq. Ukrayna tezliklə razılaşmasa, sonrakı təkliflər daha az əlverişli ola bilər.

Əziz Mustafa