Rusiyada gerbdə xaçların təsbit edilməsi qanuniləşdirildi

Rusiyada gerbdə xaçların təsbit edilməsi qanuniləşdirildi

11:07
Bəyəndim (2) Bəyənmədim (0)


Dekabrın 18-də Dövlət Dumasının deputatları ikinci və üçüncü oxunuşda Rusiya Federasiyasasının gerbində xaçların təsvir edilməsini məcburi edən qanun qəbul ediblər.
"Dövlət Gerbi haqqında" qanunda gerbin təsviri dəqiqləşdirilərək, kiçik tacları, böyük tacı və dövlət obyektini "genişlənən uclara malik düz bərabər qollu dördguşəli xaçlar"ın bəzədiyi qeyd olunub. Bu barədə Oxuməni.az “TASS” agentliyinə istinadən xəbər verir.
Belə düzəlişlər Dumaya aprel ayında Kremlin saytında xaçsız gerb təsvirinin müşahidə edilməsindən sonra təqdim edilib. Orada xaçlar əvəzinə romblarla daha az təfərrüata malik Rusiya rəqəmsal gerbi təsvir edilmişdi. Belə bir gerb 2017-ci ildə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.
Kreml izah edib ki, bu, miqyaslandırma məsələləri ilə bağlıdır: "Gerb kiçildildikdə, müəyyən bir anda xaçlar əslində romba çevrilir."
Nikita Mixalkovun tənqidindən sonra Kremlin saytındakı gerbə xaçlar geri qaytarılıb. O, romblu versiyanı "tabaka toyuğu" adlandırmışdı.
Almaz Həsənli